MEYVƏ-TƏRƏVƏZİN DƏ QİYMƏTİ QALXDI

MEYVƏ-TƏRƏVƏZİN DƏ QİYMƏTİ QALXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərzaq qiymətlərində müşahidə olunan bahalaşma meyvə-tərəvəz qiymətlərinə də təsir edib.

Tribuna.az xəbər verir ki, bazarda son günlər bahalaşma ən çox meyvə-tərəvəz qiymətlərində müşahidə olunur. Ən çox bahalaşma isə pomidor və xiyarın qiymətində olub. Xiyarın kilosu market və bazardan asılı olaraq 3-4 manat arasındadır. Pomidorun qiyməti isə 3 manatdan aşağı deyil.

Satıcılar qiymət artımını idxalla əlaqələndirirlər. Alıcıların fikrincə isə qiymət artımına səbəb ənənəvi bayramöncəsi süni qiytmət artımıdır.