Məşhur şirkətin hamburgerinin 3 ay sonrakı halı hər kəsi şoka saldı – FOTO

Məşhur şirkətin hamburgerinin 3 ay sonrakı halı hər kəsi şoka saldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da yerləşən fast food şəbəkəsinin istehsal etdiyi hamburger sosial mediada müzakirələrə səbəb olub.

“TikTok”da paylaşım edən avstraliyalı alıcı hər ölkədə filialları olan “fast-food” şəbəkəsindən 3 ay əvvəl aldığı üç qatlı hamburger ilə yeni aldığı hamburgeri müqayisə edib.

“TikTok” istifadəçisi 3 ay əvvəl aldığı hamburgerin kiflənmədiyini və çürümədiyini göstərib.

3 ay əvvəl alıb soyuducuda saxladığı hamburgerin təzə hazırlanmış hamburgerdən kiçik olduğunu bildirən kişi “Kif yoxdur, çürük yoxdur, ət hələ də sərtdir. Necə oldu ki, kahı 3 ay ərzində çürümədi? Bu yeyəcək plastik kimidir”, – deyə bildirib.

Onun sözlərinə görə, “fast-food” məhsullarının tərkibində kimyəvi maddələr var.

azxeber.com