İsveçin məşhur “Absolut” içki markasının Rusiyada yenidən satışına qərar verilib. Tribuna.az xarici mediaya istinadla xəbər verir ki, bu marka 2008-ci ildə fransızların “Pernod Ricard” şirkəti tərəfindən alınıb. İndi şirkətin həmin məhsulu Rusiyada satmaq qərarı İsveçdə birmənalı qarşılanmayıb. Etirazların nəticə vermədiyini görən isveçli siyasətçilər “Absolut”u ölkədə boykot etməyə çağırıblar. Artıq böyük bar şəbəkəsi olan “Svenska Brasserier” çağırışa qoşulub. Qeyd edək ki, Ukraynada işğalçı müharibə aparan Rusiyaya sanksiyalar tətbiq edilib. Avropa şirkətlərinin əksəriyyəti Rusiya bazarını tərk edib.









