Məşhur aktyor bu yolla 25 kiloqram arıqladı

Məşhur aktyor bu yolla 25 kiloqram arıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur avstraliyalı aktyor Rassel Krou “Nyurnberq” filminin çəkilişləri başa çatdıqdan sonra 25 kiloqram arıqlayıb.

Tribuna.az xəbər verir ki, bu barədə aktyor “People” jurnalına verdiyi müsahibədə danışıb.

O bildirib ki, bir il əvvəl çəkisi 126 kiloqram olub, indi isə 100,9 kiloqramdır. Onun sözlərinə görə, artıq çəki itirməsinin əsas səbəbi alkoqol qəbulunu azaltmasıdır:

“Əvvəllər içki içməyin böyük tərəfdarı idim. İndi isə çalışıram ki, sadəcə səbəbsiz içməyim. Əgər axşam yeməyində bir qədəh şərab içmək qərarına gəlsəm, bu, doğrudan da yaxşı şərab olur”.