MƏRKƏZİ RAYON XƏSTƏXANALARI BÜDCƏNİ BELƏ TALAYIR – FAKT

MƏRKƏZİ RAYON XƏSTƏXANALARI BÜDCƏNİ BELƏ TALAYIR – FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-2020-ci illərdə Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına ümumilikdə 1,122 milyon manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd osmos tipli sutəmizləmə qurğusu verilsə də, həmin tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamayıb, əhaliyə digər rayonlarda xidmət göstərilib.

Tribuna.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı ekspert Rövşən Ağayev yayıb. O bilidirib ki, ölkə üzrə hemodializ şöbələrindəki dializ aparatlarının 10%-i istismar müddətini başa vurub, 2019-2021-ci illərdə hemodializ şöbələrinə verilmiş 49 ədəd hemodializ aparatının müxtəlif səbəblərdən istifadəyə verilməsi mümkün olmayıb:

“Növbəliliyinin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının icrası müddətləri ilə üst-üstə düşmədiyi, nəticədə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri baş verib. Hemodializ şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə normadan 1,2-2,4 dəfə az olub. Mövcud qaydalara görə, 1 hemodializ aparatı üçün 12 kv/metr sahə təmin edilməlidir”.

Nigar