Mənbələr İranda ABŞ-ın F-15 qırıcısının vurulduğunu təsdiqləyib

Mənbələr İranda ABŞ-ın F-15 qırıcısının vurulduğunu təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hava məkanında ABŞ-a məxsus döyüş təyyarəsinin vurulduğu bildirilir.

Tribuna.az xəbər verir ki, məlumatı Axios nəşri mənbəyə istinadən yayıb. Bildirilir ki, söhbət ehtimal ki, F-15 Eagle qırıcısından gedir.

Nəşrin iddiasına görə, bu, müharibə başlayandan bəri ABŞ-a məxsus reaktiv təyyarənin İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu ilk haldır.

Qeyd edək ki, aprelin 3-də İran İslam İnqilabı Keşikçiləri Korpusu daha əvvəl F-35 Lightning II tipli təyyarənin məhv edildiyini açıqlamışdı.

İmran Kərimli