Məktəblərdə din dərsinin keçirilməsi təklif olunur. Mən şəxsən belə bir təşəbbüsü alqışlayıram. Çünki yetişən nəslin dinlər haqda bilgisinin, dünyagörüşünün olması vacibdir.
Tribuna.az xəbər verir ki, bu fikirlərlə politoloq Turan İbrahimov çıxış edib. O bildirib ki, bu həm də bir insanın məktəb illərindən “bir dinə niyə inanmalı və ya əskinə niyə inanmamalı” sualına cavab tapması üçün vacibdir:
“Bir çoxları din dərsini islam dininin və ya şəriətin, sünnənin tədrisi kimi başa düşür. Əslində isə söhbət bir dərs çərçivəsində bütün dinlər haqqında informasiyanın tədrisindən gedir. Hətta təklif edərdim din dərsindən əlavə məktəblərdə fəlsəfə dərsi də tədris edilsin”.
Nigar
Tribuna.az









