MƏKTƏBDƏ KÜTLƏVİ ZƏHƏRLƏNMƏ İRAN SSENARİSİDİR? “MƏKTƏBLƏRİN TƏHLÜKƏSİZLİYİNƏ DİQQƏT AYRILSIN …” – POLİTOLOQ

MƏKTƏBDƏ KÜTLƏVİ ZƏHƏRLƏNMƏ İRAN SSENARİSİDİR? “MƏKTƏBLƏRİN TƏHLÜKƏSİZLİYİNƏ DİQQƏT AYRILSIN …” – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərin, universitetlərin təhlükəsizliyinə maksimum diqqət ayırmaq lazımdır. Şəhərin mərkəzində yerləşən məktəbdə kütləvi zəhərlənmənin baş verməsi mənə İranda məktəbli qızların zəhərlənməsini xatırlatdı.

Tribuna.az yazır ki, bu sözləri politoloq Yeganə Hacıyeva bildirib. O qeyd edib ki, diqqətli olmaq lazımdır:

“Şəhərin mərkəzində, parlamentdən bir döngə aşağıda, elit məktəbdə məktəbli uşaqlar kütləvi zəhərləniblər. Bu xəbəri dünən oxuyandan ilk ağlıma gələn “İranın etirazlarda aktiv iştiraka görə universitetlərdə qız tələbələrini zəhərləməsi“ hadisəsi ilə oxşar olması oldu. Məktəblərin, universitetlərin təhlükəsizliyinə maksimum diqqət ayırmaq lazımdır”.