MƏKTƏB VƏ BAĞÇA UŞAQLARI ARASINDA ÖSKÜRƏK VİRUSU YAYILIB

MƏKTƏB VƏ BAĞÇA UŞAQLARI ARASINDA ÖSKÜRƏK VİRUSU YAYILIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəb və bağça uşaqları arasında kəskin öskürək virusu yayılıb.
Tribuna.Az xəbər verir ki, virus xüsusilə aşağı sinif uşaqlarında müşahidə olunur. Pediatrların fikrincə, bu, payız fəslində həmişə olduğu kimi müşahidə edilən öskürəkdir. Bu hal məktəblərdə uşaqlar arasında davamiyyətə də təsir edir.
Havaların hələ mülayim keçməsinə baxmayaraq, qrip və öskürək kimi virusların uşaqlar arasına yayılması gözləniləndir.
Pediatrlar məsləhət görür ki, hətta yüngül soyuqdəymə, qrip, öskürək müşahidə edilən uşaqlar məktəbə və bağçaya göndərilməməlidir. Virusun kütləvi yayılmasına səbəb həm də soyuqlamış uşaqların bu vəziyyətdə dərsə aparılmasıdır.
Nigar