Dağıstanlı balaca Məhəmməd velosiped almaq üçün daxılına pul toplayırmış. Artıq 4500 rubl yığıbmış… Amma sonra fəlakət baş verdi – Türkiyədə və Suriyada zəlzələ minlərlə evi dağıtdı, on minlərlə insan həlak oldu. Və bunu bilən oğlan öz pulunu fəlakətdən zərər çəkənlərə kömək etmək qərarına gəldi.
moderator.az-a istinadən xəbər verir ki, bu haqda Dağıstan mediası məlumat yayıb.
Belə bir hərəkətdən xəbər tutan böyük yaşlı dindaşları uşağa hədiyyə vermək qərarına gəliblər – ona xəyal etdiyi velosipedi alıb veriblər. Həmçinin azyaşlı bir müsəlmana onun zəlzələ qurbanlarına hədiyyə etdiyindən 10 dəfə çox məbləğdə pul veriblər.









