MCDONALD’S VƏTƏNDAŞLARIN YOLUNU KƏSDİ-FOTO

MCDONALD’S VƏTƏNDAŞLARIN YOLUNU KƏSDİ-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonu Cavadxan 3005 ünvanında yerləşən “McDonalds” restoranlar şəbəkəsi qarşısında aparılan qeyri-qanuni yol tikinti işləri vətəndaşların haqlı narazılığına səbəb olub.

Tribuna.az xəbər verir ki, “Mcdonalds” rəhbərliyinin tapşırığı ilə aparılan işlər vətəndaşların gediş-gəlişini çətinləşdirib, həmçinin Moskva univermağının qarşısını alıb.
Tikinti aparılmasına etiraz edən vətəndaşları restoran işçiləri ərazidən uzaqlaşdırmağa çalışıb. Yaranmış problemlə əlaqədar əraziyə polis əməkdaşları gəlib.
“Mcdonalds” rəhbərliyi ilə sakinlər arasında gedən qısa danışıqlardan sonra, aydın olub ki, həqiqətən də şirkətin apardığı yol tikinti işləri düzgün aparılmadığından, yolda gediş-gəlişi çətinləşdirib. Tikintinin aparılmasına göstəriş verən şirkət rəhbərliyi hər iki tərəfdən gediş-gəliş üçün yolun olacağına söz verib.

F