Yevlaxda avtomobilini arxa-arxaya sürən şəxs ağır qəza törədib.
Hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. 1988-ci il təvəllüdlü Nicat Quluyev “Opel” markalı avtomobilini geriyə hərəkət etdirib və maşının arxası ilə yolu keçən 1943-cü il təvəllüdlü Kifayət İsayevanı vurub.
Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilsə də, vəfat edib.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.









