MASALLIDA GÖZDƏN ƏLİL UŞAĞA PENSİYA VERMİRLƏR: ATASINDAN ÜRƏKDAĞLAYAN MÜRACİƏT – FOTO

MASALLIDA GÖZDƏN ƏLİL UŞAĞA PENSİYA VERMİRLƏR: ATASINDAN ÜRƏKDAĞLAYAN MÜRACİƏT – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı sakini Niftiyev İsmayıl Zəkulla oğlu övladı Niftizadə Mübariz İsmayıl oğlu ilə bağlı müraciət ünvanalyıb. Tribuna.az məlumat verir ki, o, övladının başında aparat olduğunu, görmə qabiliyyəti olmadığını bildirib. İ.Niftiyevin sözlərinə görə, iki ilə yaxındır oğluna pensiya düzəldə bilmir.
“Çünki imkan vermirlər. Şikayətim Masallı rayon xəstəxanasındandır. Sənədləri kompüterə onlar köçürür. Sənədlər hamısı yerindədir. Amma iki dəfə “forma 88” işlənib, hər dəfə imtina cavabı gəlib. Səbəbini də demirlər. Sadəcə deyilir ki, natamam doldurma var”, – deyə şikayətçi qeyd edib.
Onun bildirdiyinə görə, sənədləri təqdim edəndə hamısının yerində olduğu deyilib: “Dəfələrlə komissiyada olmuşam, sənədləri təqdim etmişəm. Zərifə Əliyeva adına uşaq xəstəxanasında epikrizin vaxtı keçmişdi, onu da yenidən aldım. Mən kasıb ailəyəm, imkanım yoxdur. Xahiş edirəm ki, köməklik göstərəsiniz. Övladım görmür deyə sinir xəstəsi olub. (051 353 26 75)”

Tribuna.az