MASALLIDA 2 UŞAQ ANASI İNTİHAR EDİB

MASALLIDA 2 UŞAQ ANASI İNTİHAR EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallıda 23 yaşlı gənc ana özünü asıb.

Tribuna.az xəbər verir ki, Nərmin adlı gənc qadının hələlik hansı səbəbdən intinar etdiyi bilinmir. Həyat yoldaşı Rusiyada çalışan qadın Masallının kəndində qaynana və qaynatası ilə birgə yaşayıb. Yaxın günlərdə ata evinə qayıdan qadın öz uşaqlarından başqa ata evində yaşayan qardaşının uşağına da analıq edirmiş. Nərminin atası rəhmətə gedib, anası isə Bakıda yaşayır. Qardaşı arvadı yaxın günlərdə dünyasını dəyişib.

Ata evində qardaşı və uşaqlarla birgə yaşayan qadın intinar etməzdən əvvəl ölümlə bağlı paylaşımlar edib.

Məlumata görə mərhumun 5 və 3 yaşlı uşaqları var. Onun 16 yaşında ərə verildiyi deyilir.

Tribuna.az