Marketlərdə vətəndaşların hesabda aldadılması ilə bağlı şikayətlərin sayı – 37% ARTIB

Marketlərdə vətəndaşların hesabda aldadılması ilə bağlı şikayətlərin sayı – 37% ARTIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərdə ticarət obyektlərində vətəndaşların hesabda aldadılması halları ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə olan şikayətlərin sayında artım müşahidə olunur.

Dövlət Xidmətindən Tribuna.az-a verilən məlumata görə, cari ildə Dövlət Xidmətinə hesabda aldadılma halı ilə bağlı ümumilikdə 67 müraciət daxil olub ki, bu da ötən illə müqayisədə 36,7% çoxdur.

“Daxil olmuş şikayətlər əsasında 10 sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub”, – məlumatda qeyd olunur.