Marketdən borc dəftəri və 5200  manat oğurladı – Xəstə uşaqların kartına köçürdü

Marketdən borc dəftəri və 5200 manat oğurladı – Xəstə uşaqların kartına köçürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nurlan adlı şəxs yetkinlik yaşına çatmayan uşağa borca çörək verilmədiyi üçün mağazadan oğurluq edib.
Qaynarinfo-nun məlumatına görə, hadisə Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən mağazaların birində baş verib.
Nurlan ifadəsində bildirib ki, mağaza sahibi Səlim Kərimov yetkinlik yaşına çatmayan uşağa borca çörək vermədiyi üçün ondan qisas almaq qərarına gəlib.
O, 10 sentyabr 2022-ci il tarixdə, saat təxminən 03:00 radələrində tavan yolu ilə mağazanın içərisinə daxil olub. Bu zaman mağazadan 5200 manat pulu və borc dəftərini oğurlayıb.
Nurlan bildirib ki, hadisədən öncə zərərçəkmiş şəxsə məxsus mağazanın ətrafında olarkən, sonuncunun yetkinlik yaşına çatmayan uşağa borca çörək verməməsi ona qarşı ikrah hissi yaradıb. Məhz buna görə mağazadan oğurluq etmək qərarına gəlib. O, hadisəni törədərkən nə spirtli içkinin, nə də ki, narkotik vasitənin təsiri altında olmayıb.
Oğurladığı pulun 500 manatını bir, 300 manatını digər bir tanımadığı xəstə uşağın bank hesabına köçürüb, qalan vəsaiti özü xərcləyib.
Məhkəminin qərarı ilə Nurlan Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il 3 ay müddətə azadlıqdan məhrum edilib.