“Çox qısa bir müddətdən sonra başa düşəcəksiniz ki, geosiyasi baxımdan Vens əslində Bakıya səfər edib və o, Bakıya çatmazdan əvvəl Ermənistanda qalıb”.
Tribuna.az xəbər verir ki, bu sözlərin müəllifi erməni politoloq Vladimir Martirosyandır.
O qeyd edib ki, əslində, dünən Vens regionun ticarət və şərti iqtisadi potensialından, fürsətindən danışıb. “Ermənistana 5 milyard və ya 4 milyard “milyardlar gətirmək”dən ddanışmayıb. 5 milyard dollar Ermənistan üçün nə yardım, nə transfer, nə də dövlət dəstəyidir”.
Maritrosyan vurğulayıb ki, elan edilən məbləğlər, həm də Ermənistana verilən pul deyil. “Bu, proqramların həyata keçirilməsi halında uzunmüddətli yanacaq və xidmət müqavilələrinin potensial dəyərinə aiddir”.
Fərda Uğur









