MARAŞDA FUTBOLÇULAR ZƏLZƏLƏ ZAMANI DAĞINTILAR ALTINDA QALDI

MARAŞDA FUTBOLÇULAR ZƏLZƏLƏ ZAMANI DAĞINTILAR ALTINDA QALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adıyaman Besni Akınspor təsisləri Maraşda 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində dağılıb. Bəzi futbolçuların dağıntılar altında qaldığı bildirilib.

Tribuna.az GazeteDuvar-a istinadən xəbər verir ki, binaların dağıldığı Adıyamanda zəlzələ qurbanlarının xilası üçün işlər davam edir. Adıyaman valisi Mahmud Çuhadar şəhərdə 100 binanın dağıldığını, ən azı 28 nəfərin həyatını itirdiyini açıqlayıb.
Jurnalistlər Cəmiyyətinin 9-cu Kənd müxbiri Ramazan Elesin verdiyi məlumata görə, Adıyaman Besni Akınspor obyekti də çöküb. Bəzi futbolçuların dağıntılar altında qaldığı bildirilib. Dağıntılar arasından səs gəldiyini bildirən Eles, kömək edəcək kimsənin olmadığını bildirib.