Fransa prezidenti Emmanuel Makron Hollandiyaya rəsmi səfəri zamanı bir qrup tərəfindən etirazların hədəfi olub.
Tribuna.az BBC-yə istindən xəbər verir ki, Makronun Haaqada Avropa ilə bağlı çıxışı zamanı bir qrup nümayişçi tərəfindən üzərində “Zorakı və ikiüzlü” yazılmış pankart açılıb.
Qeyd edək ki, Amsterdamın Dam Meydanında rəsmi mərasimlə qarşılanan Makron, Jak Şirakın 2000-ci ildə Amsterdam və Haaqa səfərindən sonra 23 il ərzində Hollandiyaya səfər edən ilk Fransa lideri olub.









