Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi Cənubi Qafqazda sülhün əldə edilməsinə qarşı olan ciddi bir addımdır.

Tribuna.az xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov səsləndirib. O bildirib ki, ərazisinin 20 faizi işğal nəticəsində Ermənistan tərəfindən barbarcasına talan edilən ölkəni “təcavüz”də ittiham etmək yalnız beynəlxalq hüquqa hörmətsizlik deyil: “Eyni zamanda mənəvi məsələdir. Fransa Qafqaz imtahanından keçə bilmədi”.









