“Makronun belə bəyanat verməsi bir neçə amillə bağlıdır. Əsas məqam odur ki, Fransa diplomatik sahədə Türkiyəyə uduzmaqda davam edir”
Bunu TİA. Az– a açıqlamasında Fransa prezidenti Emmanuel Makronun son çıxışı ilə bağlı danışarkən deputat Arzu Nağıyev deyib. Deputatın sözlərinə görə, bu, həm Suriya, həm Ukrayna, həm də digər məsələlərdə özünü göstərir:
“Ona görə də Fransa nəyin bahasına olursa-olsun Türkiyənin atdığı addımları birmənalı şəkildə tənqid atəşinə tutmaqda davam edir. Təbii ki, bunda Ermənistanı bir vasitə kimi istifadə edirlər, beləcə dolayı yolla məsələ Azərbaycana da toxunur. Əsas məqam odur ki, sülh müqaviləsinin imzalanmasına bu mövqe dolayı da olsa, ziyan vurur.
Fransa Avropada bu və ya digər şəkildə çalışır ki, guya Avropanın söz deyəni, məhz Fransadır. Təbii ki, burada Fransada olan erməni lobbisinin də rolu var. Lakin təəccüb doğuran odur ki, dördtərəfli danışıqda iştirak edir, sülhün bərqərar olmasını alqışlayır, digər tərəfdən də naməlum bəyanatlarla yadda qalır. Üçüncü tərəfdən Fransanın iş adamları Qarabağ işğalda olanda öz bizneslərini qurmuşdu və iqtisadi cəhətdən ciddi maliyyə götürürdülər. Bu gün artıq o da yoxdur. Regionda Fransa daim özünün varlığını hiss etdirmək istəyir. Bütün bunlara baxmayaraq Azərbaycan- Fransa münasibətləri tək bir bəyanatla bağlı deyil. Bizim qarşılıqlı münasibətlərimiz var. Makron da bilməlidir ki, hər bu tipli bəyanatı nüfuzuna ciddi xələl gətirir”.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron “France 2” telekanalının efirində Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan və Azərbaycan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edib.
Aytac
TİA. Az









