Ukrayna Ordusunu işğal altındakı Donetsk vilayətinin Makeyevka şəhərinə raket hücumu nəticəsində 63 işğalçı hərbçi ölüb.
Tribuna.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ukraynanın raket zərbələri rusiyalı hərbçilərin yerləşdiyi əraziyə endirilib.
“Makeyevka yaşayış məntəqəsi ərazisində Rusiya silahlı qüvvələrinin bölmələrindən birinin müvəqqəti yerləşdirilmə məntəqəsinə ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəş sisteminin altı raketi ilə zərbə endirib. Müvəqqəti dislokasiya məntəqəsinin yüksək partlayıcı döyüş başlığına malik dörd raketin zərbəsi nəticəsində 63 rusiyalı hərbçi həlak olub”, deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.









