Mahir Emreli rəsmən “Konyaspor”da

Mahir Emreli rəsmən “Konyaspor”da

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emrelinin “Konyaspor”a keçidi rəsmiləşib.

Tribuna.az xəbər verir ki, bu haqda Türkiyə klubu rəsmi saytında yaydığı açıqlamada bildirib. Azərbaycan millisinin üzvü bu mövsümün sonuna kimi icarə əsasında Superliqa təmsilçisində çıxış edəcək. M.Emreli ilə yanaşı klub heyətinə 26 yaşlı kolumbiyalı yarımmüdafiəçi Marles Morenonu da cəlb edib.

 

Klub bildirib ki, Türkiyədə ötən həftə baş verən güclü zəlzələ ilə əlaqədar Konya Böyük Şəhər Stadionunda imzalanma mərasimi təşkil edilməyəcək.

Qeyd edək ki, M.Emreli bu mövsüm “Dinamo”da 13 rəsmi oyun keçirib, 3 qol vurub.

Xatırladaq ki, M.Emreli 2022-ci ilin yanvarında “Dinamo” Zaqreblə 4,5 illik müqavilə bağlayıb.