Mahir Emreli “Konyaspor”da tənqid olunur

Mahir Emreli “Konyaspor”da tənqid olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Konyaspor” Azərbaycan millisinin üzvü Mahir Emrelidən narazıdır.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Konyspor”un “Dinamo”dan (Zaqreb) icarəyə götürdüyü 25 yaşlı hücumçu “yaşıl-bəyazlar”ın heyətində oynadığı 228 dəqiqədə qol və assistə imza ata bilməyib.

 

Ümidləri doğrultmayan Emreli 3 oyunda start heyətdən meydana çıxıb. Son turda “Antalyaspor”a qarşı oyunda (1:1) ehtiyatdan oyuna daxil olan Mahir 24 dəqiqə ərzində bir qol epizodu yaxalasa da, çərçivəyə göndərə bilməyib.

Qeyd edək ki, Emreli cari mövsümün sonunadək icarə əsasında “Konyaspor”da çıxış edəcək.