Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 24-dən başlayıb və 9 fevral saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, 9 fevral saat 09.00-a olan məlumata əsasən, 17222 bakalavr (Azərbaycan bölməsi – 15799; rus bölməsi – 1423) ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 125 nəfər), eləcə də digər bakalavrlar bu gün saat 23.59-dək elektron ərizələrini təsdiq edə bilərlər.
Bakalavr “Şəxsi kabinet“inin istifadəçi adı və parolundan istifadə etməklə aşağıdakı linkə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
İmtahan 2023-cü il fevralın 19-da keçiriləcək.









