Lunyov “Qarabağ”a transfer olur? – DİREKTORDAN AÇIQLAMA

Lunyov “Qarabağ”a transfer olur? – DİREKTORDAN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın direktoru Emrah Çelikel klubun “Bayer”in (Leverkuzen) rusiyalı qapıçısı Andrey Lunyovun Ağdam təmsilçisinə keçidi ilə bağlı razılığa gələ bilmədiklərini söyləyib.

Bu barədə o, championat.com-a açıqlamasında deyib: “Təəssüf ki, Andrey Lunyovun transferi ilə bağlı “Bayer”lə razılaşa bilmədik. Danışıqlar başa çatıb”.

 

Daha əvvəl futbolçunun agenti “Qarabağ”la yanaşı, qolkiperin karyerasını Türkiyədə və İngiltərə Çempionşipində davam etdirmək variantının olduğunu bildirmişdi.