Rusiya Federasiyasının Dövlət Duması ABŞ səfiri Lin Treysini parlamentin aşağı palatasının komitə iclasına dəvət edib.
Tribuna.az Hraparak nəşrinə istinadən xəbər verir ki, aprelin 18-də “Qərbin Rusiyanın daxili işlərinə müdaxiləsi”nin müzakirəsi keçiriləcək.
Dövlət Dumasının profil komitəsinin ekspertləri Ukraynadakı “ABŞ bioloji laboratoriyaları”nın işindən də danışacaqlar. Treysinin bu məsələyə aydınlıq gətirəcəyi gözlənilir.
“ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi ABŞ-ın Ukraynadakı bioloji laboratoriyalarının fəaliyyəti ilə bağlı aydınlıq gətirmək üçün komissiyanın iclasına dəvət edilib”, – Duma komissiyasının mətbuat xidməti bildirib.
Xatırladaq ki, Treysi 2023-cü ildə ABŞ-ın Rusiyaya səfiri təyin edilib, bundan əvvəl o, ABŞ-ın Ermənistandakı səfiri olub.









