“LEOBANK” KARTINDAN PUL SİLİNDİ, BANKDAN ŞİKAYƏT ETDİ – AÇIQLAMA

“LEOBANK” KARTINDAN PUL SİLİNDİ, BANKDAN ŞİKAYƏT ETDİ – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“09.04.2023- cü il tarixində “Kontakt Home” Azadlıq filalından taksitlə məhsul almaq istəyəndə “Leobank” taksit kartımdan pul çıxdı, lakin “Kontakt Home”un kassiri hesaba pulun oturmadığını bildirdi”.
Tribuna.az xəbər verir ki, bu problemlə üzləşən vətəndaş Kənan Osmanov problemini sosial şəbəkədə ictimailəşdirib. O bildirib ki, “Leobank” kartından çıxılsa da, satış rəsmiləşməyib:
“ “Leobank” əməkdaşı da 30- 60 gün ərzində məsələnin aydınlasdıracağını, pulun hesaba geri qaytarılacağını bildirir. Nece etməliyəm ? Sonra necə sübut edə biləcəm ki, məhsul mənə təqdim olunmayıb. 2 ay az müddət deyil”.

Mövzu ilə bağlı Tribuna.az-a “Leobank”-dan bildirlib ki, problemlə bağlı artıq lazımi prosedur başladılıb:

“Biz öz tərəfimizdən bütün tələb olunan prosedurları etmişik. Müştərinin “Kontakt Home”la bağlı vəsaiti də artıq geri qaytarılıb”.