LƏNKƏRAN PROKURORLUĞU İNTİHAR EDƏN HƏKİMİN QANINI BATIRIR – MÜRACİƏT

LƏNKƏRAN PROKURORLUĞU İNTİHAR EDƏN HƏKİMİN QANINI BATIRIR – MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən Həkim Stomatoloq Bağırov Zaman Xanoglan oğlu Lənkəran rayonunda özünü asaraq həyatına qəsd etmiş, həkim stomatoloq Bağırov Müşfiq Zaman oğlunun atasıyam. Son günlər Azərbaycan mətbuatında, sosial şəbəkələrdə və xəbər portallarında mərhum oğlum M.Bağırovun ölümündən əvvəl yazdığı vəsiyyətnamə ışıqlandırılsa da, Lənkəran Rayon Prokurorluğu bununla bağlı faktları ört basdır etməklə oğlumun ölümünə səbəbkar olan şəxsləri məsuliyyətə cəlb etmək əvəzinə onları müdafiə edir, məni və ya digər ailə üzvlərini işin dəlilləri ilə tanış etməkdən uzaq tuturlar.

Tribuna.az-a müraciət edən ata bildirib ki, oğlu özünə qəsd etməmişdən öncə öz mobil telefonu ilə boynuna kəndir keçirməsini əks etdirən foto şəkilin çəkərək İbrahim Teymurovun Whatsapp nömrəsinə göndərib:

“Bundan sonra Müşfiq İbrahimlə olan yazışmasını silərək özünə qəsd edib. Zərərçəkən tərəf olaraq telefonların arxivini tələb etsək də, psixiatriyadan gələn rəyin cavabını istəsək də müstəntiq bizi işlə tanış etmək istəmir. Zəruri olaraq qeyd etmək istəyirəm ki, İbrahim Teymurov bizimlə qohum olduğu üçün digər qohumlar arasında bir-birinin evinə get-gəl var. Bu hadisənin doğruluğunu da İbrahim hadisədən sonra qohumlarla söhbət edən zaman bildirib ki, Müşfiq boynuna kəndir keçirmiş olduğu foto şəkilini Whatsapp nömrəsinə göndərdiyi üçün dərhal onu axtarmağa başlayıb, amma artıq gec idi.
Amma nədənsə sonradan İbrahim istintaqa ifadə verərkən bu ifadəsini danmağa başlayıb. Hətta kimlərə söyləsə də, üzləşmədə yenə müstəntiq İbrahimin sözlərini əsas götürüb.
Sual ortaya çıxır, yaxşı, Müşfiq İbrahimə şəkil göndərməmişdirsə İbrahim hadisədən öncə necə oldu ki Müşfiqi axtarmaq üçün əl ayağa düşdü? Atası ilə birgə yaşadığı həyətlərinə gəlib görür ki, maşını həyətdə yoxdu, qaçaraq həyətdən çıxır, digər oğlumla telefonda danışıb təcili Müşfiqi tap mənlə əlaqəyə çıxsın deyib”.

Şikayətçi ata bildirib ki, Müşfiq özünə qəsd etməmişdən bir neçə gün öncədən konkret olaraq 16 avqust tarixindən şəbəkənin digər üzvü Aqşin Abdullayev mütəmmadi olaraq bir gündə ən azı 20 dəfə Müşfiqə zəng edib və sonuncu gün də Müşfiqin intiharını bilərək 17:45 də Müşfiqin Whatsapına “Pul nə oldu?” yazaraq gizlənib:

“Halbuki 16 avqust tarixindən Müşfiqlə Aqşin arasında bütün əməliyyatlar dayandırılmışdısa, niyə Aqşindən bu qədər fasiləsiz zənglər gəlib?Aqşin Müşfiqə güclü təzyiq edərək arada yaranmış ona çatası pulu tələb edib. Halbuki Müşfiq vəsiyyətnaməsindədə qeyd edib ki, Rusiyadan 980.000 pul vurulub. Pullar İbrahimə çatdı, amma o mənə çatdırmadı ki, mən Aqşinin və digərlərinin pulunu çatdırım. Müşfiq Aqşinə təkrar təkrar bildirib ki, pulları İbrahim çatdırmalıdır ki, mən də sənə çatdırım. Ancaq yenə də bunlara məhəl qoymadan Aqşin Abdullayev güclü təzyiq və təhdidini sona kimi dayandırmamış, Müşfiq Bağırov da psixoloji affekt vəziyyətinə düşərək intihar eləyib. Bu səbəbdən Müşfiq özünə qəsd etməmişdən öncə 17 avqust tarixində digər oğluma “İbrahim məni çox incidir, pulları gecikdirir”, hadisə günü səhər tezdən həyat yoldaşına isə “İbrahim şərəfsiz adam imiş, üstümə 2.000.000 borc qoydu” deyib. Əlavə edib ki, Aqşin tərəfindən ona təzyiq və təhdidlər var. İbrahim Müşfiqə çatdırası 980. 000 manat pulun ona verməyindən imtina etmiş, əksinə Müşfiqdən pul bizə çatmayıb, təkrarən 980.000 ödəməyini tələb edib. Maraqlıdır, bu sullar istintaq tərəfindən niyə araşdırılmır? İbrahim və Aqşinin arxasında hansı qüvvələrin durduğu məlum olmasa da, görünən tərəf odur ki, Lənkəran Rayon Prokurorluğu oğlum Müşfiqin özünü öldürmə həddinə çatdırılması ilə bağlı bu şəxsləri Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə istintaqa cəlb edilməsinin mümkünsüzlüyünü bildirir. Halbuki ən güclü təzyiq və təhdid Aqşin Abdullayevdən, pulu çatdırmayan İbrahim Teymurov, İbrahimin Pul bizə çatmıyıb deyərək Müşfiqdən əlavə 980.000 pulu tələb etməyi və hər iki tərəfin güclü təzyiq və təhdidi psixolji gərgin vəziyyət yaradaraq mərhum oğlum Aqşinlə İbrahimin gizli sövdələşməsini dərk edərək, bunun bir oyun olduğunu başa düşüb və vəsiyyətnamə yazaraq intihar edib.
Bu sadaladıqlarım 125-ci maddənin sübutu deyilsə, bəs nədir? Niyə Aqşinlə İbrahimin ifadələri əsas götürülür? Bizim verdiyimiz ifadələr əsas olmur?
Hər işi Müşfiqin boynuna yıxıb işə xitam vermək istəyirlər. Niyə biz zərərçəkən tərəf olaraq mənəvi sarsıntı keçirən vaxtı dərhal dəfn günü bizdən ifadə alındı? Sonralar bizdə daha çox məlumatlar olsa da və bunun üçün müraciət eləsək də bizdən təkrar ifadələr alınmadı.


Burdan da görünür ki, prokurorluq bu şəxsləri məsuliyyətə cəlb etməkdən yayınır. Bir çox faktlar var ki, istintaqın gedişatını şübhə altına alır. İstintaq yalnız Aqşin və İbrahimin ifadələrini əsas götürür və onlardan yönəldici ifadələr alır. Şahid ifadələrinə qiymət verilmir. Belə çıxır ki, mərhum oğlumun yazıb qoyduğu vəsiyyətnamə uydurmadı. Bu fakta da şübhə ediləcəkmi? İmkan olardısa bəlkə şübhə edərdilər, lakin bu vəsiyyətnamə xəttşünaslıq ekspertizadan keçirilmiş və yazının mərhum oğluma məxsus olduğu sübuta yetirilmişdir. Mən hesab edirəm ki, iş üzrə istintaqa təsir göstərən şəxslər var. Ona görə də mən işin Lənkəran Rayon Prokurorluğu tərəfindən araşdırılmasını istəmirəm.
Baxmayaraq ki, dəfələrlə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmişəm, lakin müraciətlərim bu günəcən cavabsız qalıb. Görünən tərəf odur ki, bu səssizlik məni və ailə üzvlərini də özünü ölüm həddinə çatdırmaya gətirib çıxaracaq. Bu müraciətimlə mən bütün məsuliyyəti Lənkəran Rayon prokurorluğunun üzərinə qoyuram”.

Nigar