“Everton” baş məşqçisi Frank Lempardla yolları ayırıb.
Tribuna.az xəbər verir ki, 44 yaşlı mütəxəssisin istefası ilə bağlı qərar artıq verilib.
Qeyd edək ki, Lempard 2022-ci il yanvarın 31-də “Everton”a baş məşqçi təyin olunmuşdu. Komanda hazırda 15 xalla 19-cu yerdədir. Liverpul təmsilçisi oktyabrın 22-dən bəri qələbə qazana bilmir. “Everton” növbəti oyununu fevralın 4-də keçirəcək. Onlar “Arsenal”la qarşılaşacaqlar.









