LAPLANDİYADA YENİ İL SANTA KLAUSLA GÖRÜŞ – 6521 manata

LAPLANDİYADA YENİ İL SANTA KLAUSLA GÖRÜŞ – 6521 manata

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni ili Şaxta bababın vətəni laplandiyada keçirməyi kim istəməz ki? Həs kəsin mütləq belə bir arzusu var. Ancaq bu arzu elə də ucuz başa gəlmir.

Tribuna.az xəbər verir ki, Laplandiyanın “Hullu Poro” otelində 8 gün 7 gecə istirahət 2 nəfərlik otaqda 1 nəfər üçün təxminə 4646 manatdır.
“Levi” oteldə Yeni ili qeyd etmək 5385 manat, “Break Sokos Hotel Levi”-də 5661 manat, “Design Hotel Levi”-də isə 6521 manata başa gələcək.
Qiymətə aviabilet, oteldə gecələmə, səhər yeməyi, Santa Klausun evinə ekskursiya, səyahət sığortası, individual transfer, təyyarədə qidalanma, qeydiyyat və kabin baqajı daxildir.
Laplandiyaya səfər etməyi düşünənlər nəzərə almalıdır ki, şəhər şəzintisi zamanı da şəhər vergisi ödəməlidir. Viza xərcləri ilə yanaşı şəhər vergisi yuxarıda qeyd edilən qiymətlərə daxil deyil.

Nigar