Dünən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Son hadisələrlə bağlı hərbi analitik, Alp Arslan İmamqulu Tribuna. Az-a danışıb.
“Erməni terrorçularının növbəti təxribatları bölgədə sülhün təminatında maraqlı olmayan qüvvələrin baş qaldırması ilə əlaqədardır. Ard-arda baş verən hadisələr onu göstərir ki, bəhs olunan kimi heç də Ermənistanın havadarları sülhdən yana deyillər. Xüsusən də Rusiya Federasiyasının ikili standartlarda yanaşması var. Bundan başqa Rusiyanın Ukraynada qanunsuz əməlləri və cinayətləri mövcud vəziyyətdə bir sıra mövqelərin itirilməsi ilə əlaqədar onun müttəfiqlərinin Azərbaycan əleyhinə fəaliyyətini görməkdəyik. Xüsusən də Ermənistanlə Hindistan arasındakı münasibətlər – silah alış-verişi, Rusiyanın bölgədəki digər müttəfiqi İranın Ermənistanın mənafeyinə uyğun bəyanatlar verməsi- bütün bunlar onu göstərməkdədir ki, Rusiya sülhdən yana deyil. MİNSK qrupu həmsədrlərinin də Ermənistanda bir araya gəlmiş olması otuz il ərzində onların nə dərəcədə ikiüzlü siyasət yürütdüyünü bir daha sübut edir. Bütün baş verənlər zəminində Azərbaycan Respublikası öz ərazi bütövlüyü təhlükəsizliyini təmin etmək adına müttəfiqləri ilə olan münasibətlərə təkrar baxmalı və tez bir zamanda Laçın yolunun bağlanması və o ərazilərdə olan terrorist qrupların zərərsizləşdirilməsi, növbəti mərhələdə delmitasiya və demarkasiya prosesinin başladılması və yekunlaşmasına zərurət yaranmaqdadır”, – ekspert bildirib.









