Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasına qoşulmaq istəyənlər üçün sosial şəbəkədə fəallar kampaniya başladıb.
Tribuna.az bildirir ki, artıq minlərlə istifadəçi “hazıram”, “Xankəndi” həşdəqləri altında statuslar paylaşır, “Xankəndi istiqamətindəki aksiyaya qoşulmağa hazıram” şüarları paylaşırlar.
Bu gün səhərdən başladılan kampaniyaya gün ərzində minlərlə insan qoşulub. Onlar arasında jurnalistlər, həkimlər, müəllimlər çoxluq təşkil edir. Bir çoxları aksiyanın keçirildiyi əraziyə necə gedə biləcəyi ilə maraqlanır.
Artıq Bakıdan Xandəndi istiqamətinə axın başlayıb. Maşın karvanları ilə Azərbaycan xalqı böyük qayıdış həyata keçirir.
Nigar
Tribuna.az









