Erməni mənbələr yazır ki, Laçın dəhlizinin girişində qurulacaq mini gömrük postunda rentngen skanerlər olacaq və Azərbaycan buradan keçəcək avtomobillərin sərnişinlərini, eləcə də baqajlarını onlayn rejimdə izləyə biləcək. Bu, daha mümkün versiyadır.
Tribuna.az-ın məlumatınba görə, bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib. O qeyd edib ki, Rusiya Azərbaycanın dəhlizdə post qurmasını istəmir:
“Amma Bakının tələbləri qarşısında da duruş gətirmək çətinləşib, xüsusilə qanunsuz daşıma, silah-sursatın keçirilməsi faktlarının aşkarlanması fonunda. Və istisna deyil ki, bu vəziyyətdə hər iki tərəf ortaq məxrəcə gəlib: Bakı gömrük postunun avadanlıqlarını – rentgen skanerləri təmin edəcək, postda rus hərbçilərin dayansa da Azərbaycanın onlayn rejimdə izləyə biləcək”.
Nigar
Tribuna.az










