Ankarada sosial mediada canlı yayım edərək zəlzələnin baş verməsi üçün dua edən iki nəfər polis qrupları tərəfindən saxlanılıb.
Tribuna.az Hürriyət-ə istinadən xəbər verir ki, Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə şiddətli zəlzələlərə görə matəm elan edilərkən, sosial şəbəkədə canlı yayım açan iki gənc qız “Allahım, bu ölkəyə bir də zəlzələ nəsib et. İnşallah, yenidən zəlzələ olar və buralar dağılar” ifadələri işlədib.
Sosial mediada yayılan reaksiyalardan sonra araşdırma başladılıb. İki şübhəli Ankara Təhlükəsizlik Müdirliyi Təhlükəsizlik Şöbə Müdirliyi qrupları tərəfindən nəzarətə alınıb.









