“Kurtlar Vadisi”nin aktrisası qəzaya düşdü

“Kurtlar Vadisi”nin aktrisası qəzaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kurtlar Vadisi” serialındakı Elif rolu ilə tanınan Özgü Namal  avtomobil qəzasına düşüb.

Tribuna xəbər verir ki, “Kıskanmak” serialının çəkilişlərinə gedən aktrisanın maşınını sürücüsü idarə edib.

Qarşıdan gələn avtomobillə toqquşma nəticəsində o, yüngül xəsarət alıb.

Hadisə zamanı avtomobil ciddi zərər gördüyü üçün istifadəyə yararsız vəziyyətə düşüb.