Kriştianu Ronaldunun poker etdiyi oyunların siyahısı açıqlanıb

Kriştianu Ronaldunun poker etdiyi oyunların siyahısı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldunun karyerası ərzində 4 və daha çox qol vurduğu oyunların siyahısını açıqlayıb.

Tribuna.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu indiyə qədər 11 dəfə pokerə imza atıb.

Ronaldu bunların ikisində rəqib qapılarından 5 top keçirməklə penta-trik müəllifi olub.

Qeyd edək ki, Ronaldu son pokerini fevralın 9-da Səudiyyə Ərəbistanı çempionatının XVI turunda “Əl-Vahda” ilə görüşdə edib. Portuqaliyalı karyerası ərzində milli çempionatlarda vurduğu ümumi qol sayını isə 503-ə çatdırıb.

Komandası Oyun Tarix Turnir Qol
1 “Real Madrid” “Rasinq” – 6:1 23.10.2010 ML 4
2 “Real Madrid” “Sevilya” – 6:2 07.05.2011 ML 4
3 “Real Madrid” “Elçe” – 5:1 23.09.2014 ML 4
4 “Real Madrid” “Qranada” – 9:1 05.05.2015 ML 5
5 “Real Madrid” “Espanyol” – 6:0 12.09.2015 ML 5
6 “Real Madrid” “Malmö” – 8:0 08.12.2015 ÇL 4
7 “Real Madrid” “Selta” – 7:1 05.03.2016 ML 4
8 Portuqaliya Andorra – 6:0 07.10.2016 DÇ SM 4
9 “Real Madrid” “Xirona” – 6:3 18.03.2018 ML 4
10 Portuqaliya Litva – 5:1 10.09.2019 AÇ SM 4
11 “Əl-Nəsr” “Əl-Vahda” – 4:0 09.02.2023 ML 4

Qeyd: ML (Milli Liqa), ÇL (Çempionlar Liqası), DÇ SM (Dünya Çempionatının Seçmə Mərhələsi), AÇ SM (Avropa Çempionatının Seçmə Mərhələsi).