Həm Xocalıda monitorinqin başlanması, həm də Laçın dəhlizində yolun bağlanması Bakının apardığı oyunda mühüm addım idi.
Bu barədə Tribuna.az-a siyasi şərhçi İlkin Həsənov bildirib. O qeyd edib ki, Əliyev həm Ukrayna fonunda Moskva ilə yaşananları, həm İran ətrafında dönən prosesi yaxşı başa düşür. Buna görə də özünün oyununu qurur:
“Azərbaycanı indiki dövrdə tələsdirən Moskvanın diqqətinin savaşın aktivliyinin zəiflədiyi Ukraynadan Qafqaza yönələcəyidir. Buna görə də Bakı, Rusiya diqqətini Qafqaza yönəltmədən öncə şanslarını bir qədər yüksəltməyə çalışır. Bu Kremlin bölgədəki dayaqlarının zəiflədilməsi prosesinin sürətlənməsi deməkdir. Keçən həftə yaşanan hər iki olay təkcə Qarabağda Azərbaycan nəzarətinin bərpa edilməsi üçün atılan addım deyil, bayaq qeyd etdiyim prosesin kiçik həlqəsidir”.
Nigar









