Fransanın Rusiya-Ukrayna müharibəsində vasitəçilik etmək cəhdlərini dəyərləndirən Kremlin sözçüsü Dmitri Peskov Fransaya aydın cavab verib.
Tribuna.az CNN-ə istinadən xəbər verir ki, Rusiya Ukraynanın şərqindəki “son qalası” olan Baxmutu ələ keçirmək üçün bütün gücü ilə hücuma keçərkən, Kremldən verilən açıqlama Fransada soyuq duş effekti yaratdı.
Hər fürsətdə vasitəçi roluna can atdığını dilə gətirən Fransa prezidenti Makronun xəyalı Kremlin açıqlamasından sonra, belə desək, puç oldu.
Makronun Fransanın Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu oynamaq cəhdlərini dəyərləndirən Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, Fransa vasitəçilik hüququ iddia edə bilməz.
Peskov Fransanın müharibədə tərəf olduğunu göstərərək qiymətləndirmə edib;
“Paris dolayısı ilə və birbaşa olaraq Ukrayna məsələsində iştirak edir”.
Daha əvvəl Fransanın rolunu “vasitəçi güc” olaraq xarakterizə edən Makron, “Müharibə bitən gün diplomatik kanallarla çıxış yolu qura bilməmiz üçün Rusiyanı aşağılamamalıyıq” deyib.
Bu hədsiz bəyanatlardan sonra Makron ritorikasını dəyişərək “Ukrayna müharibədə qalib gəlməlidir” ifadəsini əlavə edib.
Makronun bu “U” növbəsi Ukrayna lideri Zelenskini məmnun etmək üçün kifayət etmədi.
İki lider qucaqlaşan kimi obyektivlərdə Zelenskinin küt siması əks olundu və görüntülər sosial mediada yayıldı.
Makronun “Rusiyanı alçaltmamalıyıq” sözlərinə cavab verən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Rusiyanı alçaltmamaq çağırışları yalnız Fransanı və ona çağırış edən digər ölkələri aşağılaya bilər” deyib.
Respublikaçılar Partiyası Nümayəndələr Palatasının üzvü Adam Kinzinger Makronun bu sözlərinə “Onu aşağılayan Makrondur” sözləri ilə reaksiya verib.
Demokratlar Partiyasının Kaliforniya nümayəndəsi Ted Lieu, “Makronun bu çıxışı Putinin və Ukraynadakı müharibənin kökündən yanlış anlaşıldığını göstərir” deyib.
Keçən həftə Pekində danışıqlar aparan Makron Çin prezidenti Xi Jinping-dən Rusiyanı Ukrayna müharibəsini sona çatdırmağa inandırmağa töhfə verməsini istəyib.
Pekini Moskvanı razı salmağa çağıran Makron deyib: “Mən bilirəm ki, Rusiyanı yenidən düşünmək və hamını danışıqlar masasına qaytarmaq üçün sizə arxalana bilərəm”. dedi.









