Moskvada “Qələbə paradı” keçiriləcək.
Tribuna.az-ın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O əlavə edib ki, Kreml paradın formatı barədə ictimaiyyəti vaxtında məlumatlandıracaq.
Qeyd edək ki, Rusiya mətbuatında Moskvada 9 May paradının ləğv olunacağı və ya təxirə salınacağı ilə bağlı müxtəlif məlumatlar yayılıb. Həmin məlumatlarda “Qələbə paradı”nın təhlükəsizlik səbəbi ilə ləğv ediləcəyi bildirilib.









