“KONTAKT HOME” VƏTƏNDAŞI BELƏ DOLAYIR… SERVİS BƏRBAD SƏVİYYƏDƏ, XİDMƏT SIFIR

“KONTAKT HOME” VƏTƏNDAŞI BELƏ DOLAYIR… SERVİS BƏRBAD SƏVİYYƏDƏ, XİDMƏT SIFIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kontakt Home”dan aldığım paltaryuyanda nasazlıq yaranmışdı. Zəmanət vaxtı bitdiyi üçün qərara gəldim ki, servislərindən ödənişli usta sifariş edim. Peşman oldum servisdən usta çağırmağa. Təsəvvür edin ki, online çatlarına 3 dəfə müraciət etmişəm, müraciətim havada qalıb. Heç birində də mənim şikayətimi sistemə qeyd etməyiblər. İşçinin 1-i olsa cəhənnəm, işcinin 3-ü də işini düzgün qaydada görə bilməyib.

Tribuna.az-ın məlumatına görə, vətəndaş İsmayılova İnara şikayəti barədə sosial şəbəkədə yazıb. O bildirib ki, ailə üzvləri onun xəbəri olmadan problem yaranmış paltaryuyan maşını servisə göndəriblər:

“Qərara gəldim ki, daha müraciət etməyim bu şirkətə. Amma çox təəssüf ki, ailə üzvlərim mənim xəbərim olmadan zəng edib paltaryuyanı göndəriblər bu gözəl şirkətə.
İşciləri bildiriblər ki, 14 gün ərzində diaqnostika olunub nasazlıq nədə olduğu barədə məlumat verəcəklər. Hələ sadəcə diaqnostika 14 gün olur. Bunun təmiri də var hələ.
28 gündür ki, paltaryuyan barədə heç bir xəbər gəlmir. Hazırda belə gözəl servislərindən imtina edib paltaryuyanımı geri istəmək qərarına gəldim, onu da sabah, biri gün deyib göndərmirlər.
Ödənişli servisləri bu gündədirsə, ödənişsizləri təsəvvürümə belə gətirmək istəmirəm.
Bir şirkət bu qədər öz işini bərbad görər?”.

Xatırladaq ki, məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

Tribuna.az