“Kontakt Home” həm müştəri hüquqlarini pozur, həm də qanunu…
Tribuna.Az xəbər verir ki, mağazalar şəbəkəsindən telefon alan Asif Mehman adlı müştəri şikayətində belə deyir.
Müştəri bildirir ki, razı qalmadığı məhsulu dəyişdirmək hüququ olsa da, bunu edə bilməyib:
“10 gün əvvəl “Kontakt Home”un İnşaatçılar filialından telefon aldıq. Telefonda heç bir problem yox idi, sadəcə kamerası zəif idi.
Razı qalmadığım telefonu “Kontakt Home”da eyni qiymətə daha yüksək keyfiyyətli kamerası olan telefonla dəyişmək qərarına gəldik.
Amma bildirdilər ki, belə şey mümkün deyil. 14 gün ərzində məhsulu nə dəyişirlər, nə də qaytarırlar”.
Səbəb kimi müştəriyə telefonun əmtəə görünüşünün pozulması bəhanə edilib:
“Telefonda guya cızıq tapdılar. Buna əsasən də dəyişməyəcəklərini dedilər. Başqa bir müştərinin də məhsulu dəyişmək istəyinə eynən bizdəki kimi cızıq bəhanəsi göstərildi”.
Hüquqları pozulan müştəri bildirib ki, məhsulu dəyişmək və qaytarmaq üçün müraciət edənləri bu kimi müxtəlif fırıldaq cavablarla geri qaytarırlar.
Nigar
Tribuna.Az










