“Kontakt Home” müştərisi Elvin Hüseynov ondan məhsul almasına peşman olub.
TİA. Az bildirir ki, müştəri şikayətində başına gələnləri yazıb. Onun sözlərinə görə, 18.10.2022-ci il tarixdə Fətəli Xan Xoyski küçəsində yerləşən “Kontakt Home” mağazasına yaxınlaşdıqda kreditə noutbuk götürmək istəyib: “Həmin şəxs mənə valideynə zəng edilməsinin vacib olduğunu vurğuladı. Bildirdim ki, onsuz da valideynimin nömrəsi orada var, 20.000- dən çox dövriyyəsi var. Bəlkə evə sürpriz eləmək istəyirəm?! Əlavə olaraq bildirdim ki, sizdə kreditim olub və rəsmi iş yerim, maaşım var. Heç vaxt gecikməm olmayıb. Kredit mütəxəsisi mənə, sizə kredit verim sabah valideyniniz mənə desinli mənnən soruşmuşdunuz kredit verəndə bildirdi. Dedim ok. Evdə artıq sürpriz falan heçnə qalmadı. Bildirdim ki, zəng edəcəklər danışarsan.
Səhər yəni 19.10.2022-ci il tarixdə Ayna Sultanovda yerləşən Kontakta yaxınlaşanda adını bilmədiyim kredit mütəxəsisi mənə bildirdi ki, valideynin gəlməlidir və iştirak etməlidir. Qaynar xəttə zəng etdikdə xanım da mənə deyir ki, son qərarı mütəxəsis təyin edir. Bir sözlə məni başından etdi bu cür danışığı ilə.
Sualım budur ki, bunu necə tənzimləyirsiniz ? Dünən belə, bu gün belə şey dediniz”.
Sizdən kredit götürüb vaxtında ödəniş edən şəxsi bu qədər niyə əziyyətə salırsınız ?
TİA. Az










