“KONTAKT HOME”DAN ŞİKAYƏTLƏR SEL KİMİ GƏLİR – FAKT/FOTO

“KONTAKT HOME”DAN ŞİKAYƏTLƏR SEL KİMİ GƏLİR – FAKT/FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər sel kimi gəlməkdədir. Tribunainfo. az təkcə son üç müçtəri narazılığını təqdim edir:İnara İsmayılova yazır ki, aldığı paltaryuyanda nasazlıq yaranmışdı: “Zəmanət vaxtı bitdiyi üçün qərara gəldim ki servislərindən ödənişli usta sifariş edim.
Nə qələt elədim.
Təsəvvür edin ki, online çatlarına 3 dəfə müraciət etmişəm, müraciətim havada qalıb. 3 fərqli dəfədə heç kəs əhəmiyyət qoyub sistemə belə qeyd etməyib müştərini. İşçinin 1i olsa cəhənnəm, işcinin 3üdə işini düzgün qaydada görə bilməsin?
Qərara gəldim ki daha müraciət etməyim bu şirkətə.
Güya müraciət etsəm nə olacaq.
Amma çox və çoox, 100 dəfə çox təəssüf ki, ailə üzvlərim mənim xəbərim olmadan zəng edib paltaryuyanı göndəriblər bu gözəl şirkətə.
İşciləri bildiriblər ki 14 gün ərzində diaqnostika olunub nasazlıq nədə olduğu barədə məlumat verəcəklər.
Hələ sadəcə diaqnostika 14 gün olur. Bunun təmiri də var hələ.
28 gündür ki paltar yuyan barədə heç bir xəbər gəlmir. Hazırda belə gözəl servislərindən imtina edib paltaryuyanımı geri istəmək qərarına gəldim, onu da sabah, biri gün deyib göndərmirlər.
Dolabda təmiz paltar tükənib.
Allah bəlanızı versin.
Ödənişli servisləri bu gündədirsə, ödənişsizləri təsəvvürümə belə gətirmək istəmirəm.
Bir şirkət bu qədər öz işini bərbad görər?”

Müştəri Rüfət Bayramlı isə Kontakt Home mağazasının Sumqayıt filialından narazıdır. Onun sözlərinə görə, evdən qulaqlıq alıblar hədiyyə.” O biri telefonlarda ikisindən səs gəldiyi təqdirdə mənim telefonumda təkindən səs gəlmir. Məsələ üçün gedib yaxınlaşdıq. Nağıl danışırlar. Deyir gigiyenik vasitə olduğu üçün dəyişmirik, sonra karobka açılıb dəyişmirik. Bu kontakt home kimi lüzumsuz yerlərdən məhsul alanda belə olur. Deyirəm 14 gün ərzində dəyişə bilərik. Deyir rəhbərlik baxır. Nəysə, siz siz olun, ordan heç nə almayın”-deyə müştəri çağırış edir.

Daha bir müştəri Asim Əliyev isə telefon alıb, ama son anda əlavə xərclər ortaya çıxıb: “12 aya kimi faizsizdir dedilər, iki telefon alacam dedim. Rəsmiləşdirmə üçün yaxınlaşdım 240azn telefonun daxili satış endirimsiz qiyməti idi.7 faiz xidmət haqqı, olsun 510 manat. Yekun qiymət dedi 51.16 azn bu da 12 aya 610 manat yuxarı, dedim 100 manat nəyindi? Dedi vinil pulu, antivirus proqramlar yazılmalıdır. Ad faizsizdir, ama belə necə lazımdı faiz gəlirlər. Bir kart qiymeti 220m 440m edir bele ise 610m bu da faizsiz, hələ 18 ay faizlə idi gorun nə qədər yenə əlavə pul gələcəkdi. Çox inanmayın onlara”.