KİV: “Müharibə Rusiyanı 30 il geriyə atıb”

KİV: “Müharibə Rusiyanı 30 il geriyə atıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident Vladimir Putin Rusiya iqtisadiyyat və ordusunu o səviyyədə zəiflədib ki, onun supergüc statusunun bərpasına 30 il lazım olacaq.

Tribuna.az xəbər verir ki, bunu “The Times” yazıb.

Bildirilib ki, Ukraynada 100 mindən çox Rusiya hərbçisi ölüb:
“Kreml dövlətinin illik büdcəsinin dörddəbirini müharibəyə xərcləyib”.
Qəzetin yazdığına görə, Ukrayna Rusiya tanklarının yarısını məhv edib: “Moskva raket, sursat və mərmi ehtiyatını qısa bir zamanda istifadə etdi”.
Britaniya hökumətindəki yüksək vəzifəli mənbələrindən biri “The Times”a bildirib ki, iqtisadi və hərbi gücünü bərpa etmək üçün Rusiyaya 20-30 il lazım ola bilər.