Şimali Koreya agenti internetdə Kim Çen In haqqında məlumat axtardığına görə edam ediləcək.
Tribuna.az “Dailymail”ə istinadən xəbər verir ki, KXDR daxilində elektron yazışmalara nəzarət edən bir neçə agent lazımi icazə olmadan internetə baxarkən tutulub. Şimali Koreya hakimiyyəti vətəndaşların internetə çıxışını ciddi şəkildə məhdudlaşdırır, ona görə də hətta xüsusi şəxslər də qlobal şəbəkədən istifadə etmək üçün icazə tələb edirlər.
Şimali Koreya İnsan Haqları Komitəsinin direktoru Qreq Skarlatoyu, “Hətta Kimin ən sadiq agentləri indi xarici dünyadan məlumat əldə etməyə çalışırlar” deyib.
Hadisə KXDR Dövlət Təhlükəsizliyi Nazirliyində ciddi repressiyalara səbəb olub. Müstəntiqlər agentin məlumatı başqalarına ötürüb-ötürmədiyini də araşdırırlar.









