Xəbər verdiyimiz kimi, Gürcüstanın Xalq artisti, müğənni, aktyor və rejissor Vaxtanq Kikabidze bu gün 84 yaşında vəfat edib.
Tribuna.az xəbər verir ki, xarici media onun dəfn olunacağı tarixi açıqlayıb. Bildirilib ki, mərhum yanvarın 19-da dəfn olunacaq.
O, Tbilisidəki “Veriyski” qəbiristanlığında, anasının yanında torpağa tapşırılacaq. Bu, onun öz vəsiyyəti olub.









