KƏMALƏDDİN HEYDƏROV RİQADAKI 13 MİLYONLUQ OTELİNİ SATIR – GÖRÜN KİM İŞLƏDİRMİŞ…

KƏMALƏDDİN HEYDƏROV RİQADAKI 13 MİLYONLUQ OTELİNİ SATIR – GÖRÜN KİM İŞLƏDİRMİŞ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 3 ildən bəridir ki, Riqada yerləşən “Roma” otelinə müştəri tapa bilmir. Tribuna.az məlumat verir ki, Riqanın mərkəzində olan otel hazırda satışdadır, lakin Heydərovun otelə çəkdiyi 13.2 milyon avroluq xərcə baxmayaraq baha hesab olunur. Bu haqda jurnalist Cavanşir Həsənli yazıb.
Satışın səbəbi bəlli olmasa da, böyük ehtimalla Heydərovun öz biznesini bütünlüklə Avropadan çıxarıb daha təhlükəsiz hesab etdiyi Birləşmiş Ərəb Əmirliklərində cəmləşdirmək niyyəti ilə bağlıdır.
Otel Heydərova məxsus “BENKONS” MMC-nin Latviya filialının mülkiyyətindədir. Fövqəladə hallar naziri oteli bağlamaq qərarı ilə bağlı administrator Linda Murnieseni ötən ilin payızında işdən azad edib. Linda xanım siyasətçidir, Latviyanın keçmiş daxili işlər və müdafiə naziri olub. Nazir kimi dəfələrlə Bakıda rəsmi səfərdə olub. Onun keçmiş həyat yoldaşı Livan ərəbi Hosam Ebu Meri də siyasətçidir və Latviya parlamentinin deputatıdır.

Tribuna.az