KEÇMİŞ BAŞ NAZİR VƏFAT ETDİ

KEÇMİŞ BAŞ NAZİR VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraillə sülh sazişlərinin “baş memarı” hesab edilən Fələstinin keçmiş baş naziri Əhməd Qurey 86 yaşında vəfat edib .
Tribuna.az “The New York Times”a istinadən xəbər verir ki, fələstinli siyasətçi xəstəxanada infeksiyadan ölüb. Son vaxtlar ürək problemləri yaşayırdı.

1990-cı illərdə Qurei İsrail və Fələstin Azadlıq Təşkilatı (FAT) arasında müvəqqəti sülh sazişlərinin müəllifi olub. 1992-ci ilin sonunda siyasətçi onun xahişi ilə israilli alim Yair Hirşfeldlə görüşüb. O zaman İsrail rəsmilərinə Fələstin Azadlıq Təşkilatı ilə əlaqə saxlamaq qadağan edilmişdi, lakin Qurei və Hirsçfeld arasında keçirilən görüş siyasətçinin Fələstinin nümayəndəsi kimi çıxış etdiyi gizli danışıqlara səbəb oldu.