“Kapital bank” müştərilərinə pulun nağdlaşdırılması ilə bağlı yeni qadağalar tətbiq etməkdədir. Tribuna.Az məlumat verir ki, bankomatdan vəsaiti nağdlaşdırmaq istəyəndə müəyyən hissəsini vermir və kartda qalır. Misal üçün hesabda 98 manat varsa, 1 manat komissiya tutmaqla 97 manatını nağdlaşdırmaq istəyirsən, lakin bankomat xəbərdar edir ki, siz yalnız 90 manat çıxara bilərsiniz. Yerdə qalan məbləğ isə kartda olur və onlayn ödəmələrə mümkündür. Bu da sözsüz ki, müştəri hüquqlarının pozulması faktıdır. Çünki kart sahibi bütün vəsaiti nağdlaşdırmaq istəyir, bu onun haqqıdır, amma bank məhdudiyyət qoyur. Ümumiyyətlə, “Kapitalbank” artıq müştəriləri yerli-yersiz qərarları ilə usandırmaqdadır. Bu günə kimi xeyli sayda vətəndaş bu kommersiya subyektinin xidmətlərindən imtina edib. Buna səbəb həm bankın kartdan nağdlaşdırma zamanı komissiya tutması, həm də yuxarıda qeyd olunan problemlər yaratmasıdır. Odur ki, adıçəkilən bank artıq cəlbedici deyil və müştəri məmuniyyəti təmin olunmur.









